Vaginoplastika — funksional-estetik əməliyyat olub, estetikanı yaxşılaşdırmağa, hissiyyatı artırmağa və cinsiyyət orqanlarının funksiyalarını bərpa etməyə yönəlib. Uşaqlıq yolunun daraldılmasının məqsədi cinsiyyət orqanlarının cavanlaşdırılması və onların funksiyalarının bərpasıdır. Funksiyalar yaşla əlaqədar, inkişaf anomaliyaları və ya doğuş zamanı alınmış travmalar nəticəsində pozula bilər. Bu problemlər vaginoplastika ilə uğurla həll olunur.
Vaginoplastika spinal anesteziya altında aparılır və 1 saata qədər davam edir. Əməliyyatdan sonra reabilitasiya göstərişdən, funksional pozğunluqların dərəcəsindən, cərrahi müdaxilənin həcmindən, pasientin yaşından və sağlamlıq vəziyyətindən asılı olaraq 1 aydan 3 aya qədər çəkir. Bütün bərpa dövrü ərzində həkimin məsləhətlərinə əməl etmək lazımdır. İntim həyatdan, idman və fiziki gərginlikdən uzaq durmaq lazımdır.
Vaginoplastika dayanıqlı nəticə verir — estetik defektləri götürür, cinsi həyatı yaxşılaşdırır, cinsiyyət orqanlarının funksiyalarını tamamilə bərpa edir. Əgər qadın sonralar doğmaq planlaşdırmırsa, nəticə ömür boyu qalır. Doğmamış qadınlar və uşaq doğmağı planlaşdıran pasientlərə vaginoplastika funksional və tibbi xarakterli göstərişlər əsasında aparılır.
Vagina bağ sistemi və əzələ toxumasından ibarət bir nahiyədir. Bağ sisteminin əsas elementi isə kollagenlərdir. Yaş irəlilədikcə, keçirilmiş təbii doğuşlar, hamiləlik, abort və bu kimi bənzər prosedurlar nəticəsində bu bağ və əzələ sistemi müəyyən təsirə məruz qalır və vaginada genişlənmələr meydana çıxır.
Ən sıx görülən səbəbi isə təbii yolla doğuş etməkdir. Əsasən də çətin keçən doğuşlar vaginanın əzələ və bağ sistemində yırtıqlara yol açaraq vaginada qalıcı şəkildə genişlənmələrə səbəb olur. Digər tərəfdən təbii doğuş planlaşdırılmış, amma doğuş başladığı ancaq müəyyən səbəblərdən keysəriyyə ilə başa çatdırılmış hallarda belə vagina genişlənməsi müşahidə oluna bilər.
Genişlənmənin ən çox görülən səbəbinin təbii doğuş olduğunu desək də bəzən heç doğum etməmiş, hətta hamilə belə olmamış qadınlarda da vaginal genişlənmə şikayətləri görülə bilər. Bu, qadınlarda əzələ bağ sisteminin zəifliyi ilə əlaqədar olub, nəticə olaraq bağ aparatının elastikliyinin daha çox olması ilə bağlıdır. Bu hal cinsi əlaqə zamanında islanmanın da təsiri ilə vaginada bol mayenin yaratdığı genişlənməyə də dəlalət edə bilməkdədir.
Vaginanın müəyyən zaman ərzində genişlənməsi cinsi əlaqə zamanı penisi tam olaraq qavraya bilməməsinə və bunun nəticəsində cinsəl tətminin tam olaraq mümkün olmamasına səbəb olur. Əsasən də, bir çox cütlüklər cinsi həyatlarının doğumdan sonra əvvəlki kimi olmadığından şikayətlənirlər.
Vagina nə qədər genişdirsə, əməliyyat sırasında o qədər daraldılacaqdır. Bu səbəbdən heç doğum etməmiş bir qadınla, 5 doğum etmiş qadının vaginal daralması fərqli olacaqdır. Vagina daraldıcı əməliyyatlar ilə vagina həm iç tərəfdən,həm də çöl səthindən daralmaqdadır.
Genişlənməsi çox olan bəzi xəstələrdə 7-8 sm-ə qədər içəridən daralma icra oluna bilər. Bu cür hallarda vaginanın uzunluğu azalmaz ikən, kanal bütün uzunluğu boyu daraldılır.
Cinsi həzzin qadınlarda ən sıx olduğu nahiyə vaginanın giriş hissəsidir. Bu hissədə klitor və G nöqtəsi kimi cinsəl oyandırıcı orqanlar yerləşməkdədir. Penisin içəriyə girərkən bu toxumalar ilə mexaniki təması həzzə və oqrazm olmaya müsbət istiqamətdə təsir etməkdədir. Bu səbəbdən vaginal daraltma əməliyyatı hər baxımdan fayda göstərməkdədir.
Vaginaplastika əməliyyatına başlamazdan əvvəl vaginal giriş praktik bir şəkildə barmaq salınaraq ölçülməkdədir. 1 və 2 barmağın girməsi normal, 3 barmağın girməsi orta, 4 barmaq və daha çox isə bu yüksək dərəcəli genişlənmə hesab olunur. Bütün bu əməliyyatın əsas məqsədi vaginal genişliyi 1-2 barmaq səviyyəsinə gətirməkdir. Nümunə olaraq 4 barmaq genişliyindəki girişin vaginal daraltma ilə 2 barmağa qədər daraldılması cütlüklər üçün olduqca məmnun edicidir.
Vaginaplastika anesteziya altında və əməliyyatxanada icra olunan əməliyyatdır. Əməliyyat sonrası dövrdə cüzi ağrı və qanama gözlənilən hallardır. Həkimin məsləhət gördüyü formada sarğıların edilməsi və dərmanların istifadə olunması ilə yaxşılaşma sürətli şəkildə baş tutacaqdır.
Əməliyyat sonrası ilk 1 ay ağır işlərdən qaçınılmalı, hovuza, dənizə girilməsi dayandırılmalıdır. Mütəmadi qidalanma, siqaret istifadı etməmək, bol su qəbulu və istirahət yaraların sağalmasını sürətləndirəcəkdir. Əməliyyat sonrası cinsi əlaqəyə isə 4-6 həftəlik ara verilməsi məsləhət görülür.