Kolposkopiya kimlərə icra olunur?

Kolposkopiya kimlərə icra olunur?

Kolposkopiya qeyri-invaziv müayinə üsuludur,ambulator şəraitdə aparılır.Xəstə ginekoloji masada uzanır,uşaqlıq yoluna güzgü taxılır,ilk öncə uşaqlıq boynu fizioloji tampona hopdurulmuş pambıqla selikdən təmizlənib sadə baxış keçirilir,sonra isə 3%-li və ya 5%-li sirkə turşusuna hopdurulmuş pambıqla silinərək toxumaların bu məhlula qarşı reaksiyasına diqqət edilir,daha sonrakı etapda isə Lüqol məhlulu ilə uşaqlıq boynuna sınaq qoyulur və təkrar baxış keçirilir.Beləliklə mütəxəssiz yuxarıda qeyd olunan məhlullara qarşı uşaqlıq boynunun selikli qişasının reaksiyasına əsasən nəticə çıxardıb öz məsləhətini verir.

 

Uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün aparılan,rutin müayinə olan Pap-test analizinin cavabında hər hansı anormal vəziyyət olarsa,İnsan papilomavirusunun yüksək onkogen tipləri (16;18) pozitiv olarsa xəstə bir mənalı olaraq daha ətraflı müayinə üçün kolposkopiya göndərilir.Uşaqlıq boynunda rastlanan bütün patoloji vəziyyətlərdə kolposkopik müayinə məsləhətdir.

 

Kolposkopiya necə aparılır?

Kolposkopiya muayinesi nece aparilir?

Bu müayinə zamanı ambulator şəraitdə xəstə ginekoloji masaya uzandıqdan sonra uşaqlıq yoluna ginekoloji güzgü taxılır və başladılır. İlk öncə uşaqlıq boynu pambıqla selikdən təmizlənir və kolposkop vasitəsilə uşaqlıq boynuna baxış aparılır, buna sadə kolposkopiya deyilir. Daha sonra isə genişləndirilmiş kolposkopiya icra edilir. Bu zaman xüsusi sınaq məhlullarından istifadə edilir. İlk öncə 3%-li və ya 5%-li sirkə turşusu ilə sınaq qoyulur, toxumaların reaksiyasına baxılır, daha sonra isə sonuncu sınaq olan Şiller sınağı qoyulur. Kolposkop 7.5 və ya 15 dəfə böyüdülərək uşaqlıq boynu araşdırılır.

Kolposkopiya müayinəsi ağrılıdırmı?

Bu barədə xanımlar arasında yanlış fikirlərdə mövcuddur. Belə ki, bəzi qadınlar kolposkopiyanın ağrılı olduğunu, bəziləri ziyanlı olduğunu və s. düşünürlər. Qeyd etmək istəyirəm ki, bu müayinə qeyri-invaziv bir müayinə üsuludur, tamamilə ağrısızdır. Uşaqlıq boynuna sınaq qoyduqdan sonra obyekt bir neçə dəfə böyüdülür və məsafədən müayinə aparılır. Heç bir əlavə təsiri yoxdur və ziyansız müayinə üsuludur. Sadəcə kolposkopiya zamanı biopsiya götürməyə ehtiyac yaranarsa, bu zaman yüngül bir ağrılar ola bilər.

 

Kolposkopiyada nələrə diqqət olunmalıdır?

Kolposkopiya menstruasiyadan öncə və ya sonra istənilən gün aparıla bilər, yalnız qan gələn dövrlərdə aparılması məsləhət görülmür. Bundan başqa kəskin infeksiya olarsa, öncə müalicə etmək, sonra müayinəni aparmaq lazımdır. Menopauza dövründə və ya ovarektomiya (yumurtalığın götürülməsi) əməliyyatı keçirmiş qadınlarda qadın hormonu olan estrogenin kəskin çatışmamazlığı fonunda uşaqlıq yolunda atrofiya yaranır ki, bu da müayinənin informativliyini azaldır. Belə vəziyyətlərdə bir ay müddətində yerli estrogen müalicə verilməli və sonra müayinə aparılmalıdır.

Kolposkopiyadan sonra nələrə diqqət etmək lazımdır?

Müayinədən sonra xəstədə adətən bir narahatçılıq müşahidə olunmur. Amma kolposkopiya zamanı biopsiya götürülərsə, bu zaman bir sıra yan təsirlər yarana bilər. Biopsiyadan sonra ilk həftə ərzində xəstədə az ləkələnmə ola bilər, bu norma hesab edilir, lakin qanama olarsa və davam edərsə, bu zaman həkiminizə müraciət etməlisiniz. Bundan başqa xoşa gəlməz iyli axıntılar olarsa, ağrı olarsa, bədən hərarəti qalxarsa, bu vəziyyətlərdə də mütləq olaraq həkiminizə məlumat verməlisiniz.

Kolposkopiyanın yaranma tarixi

Kolposkopiya ilk dəfə 1925-ci ildə alman alimi H.Hinzelman tərəfindən kəşf olunmuşdur. Hinzelman həmin zamanlar uşaqlıq boynunu işıqlandıraraq binokulyar böyüdücü ilə araşdırma aparmağa başlamışdır. Həmin dövrdə Şiller uşaqlıq boynu xərçəngönü xəstəliklərini aşkar etmək üçün Lüqol məhlulu ilə sınağı təklif etmişdir. Eyni zamanda H.Hinzelman sirkə turşusu ilə sınaq qoyaraq uşaqlıq boynunun xərçəngönü xəstəliklərini aşkarlamağı təklif etmişdir. 1963-cü ildən ABŞ-də bir sıra həkim ginekoloq tərəfindən kolposkopik müayinəni uşaqlıq boynu patologiyalarını aşkarlamaq üçün istifadə etməyə və daha da təkmilləşdirməyə başlamışdılar.

Əlaqə yaradın

keyboard_arrow_up